Azərbaycanı İspaniyada keçiriləcək yarışda təmsil edəcək triatlonçular müəyyənləşib
Azərbaycanı İspaniyanın Barselona şəhərində keçiriləcək "Ironman" məsafəsi üzrə beynəlxalq yarışda təmsil edəcək triatlonçular müəyyənləşib.
"Report" Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda “Tritterra Baku Triathlon Club”unun idmançıları Aleksandr Mordasov, Teymur Fərəcov, Kamil Əliyev, Fəxri Əkbərov, Oleq Kuçerov, İzzət Nəfiyev, Tural Mahmudov və Samir Cavadov iştirak edəcək.
Ironman normasını yerinə yetirmək üçün idmançılar üç sınaqda iştirak edəcəklər. Onlardan 3,8 km məsafədə üzmək, 180 km velosiped sürmək və 42,2 km marafon məsafəsində yürüşdə iştirak etmək tələb olunur.
Qeyd edək ki, oktyabrın 6-da baş tutacaq beynəlxalq turnirdə 60 ölkədən 3000 idmançının iştirakı planlaşdırılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib
Mehriban Əliyevanın doğum günüdür
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













