Azərbaycan BMT-nin Qadınların Statusu üzrə Komissiyasının iclasında təmsil olunur
BMT-nin Nyu-Yorkdakı Baş Qərargah binasında "Bütün qadın və qızların ədalətə çıxışının təmin edilməsi və gücləndirilməsi" mövzusuna həsr olunmuş BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının (CSW70) açılışı olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, sessiyada Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiyada BMT üzv dövlətlərinin qadın məsələləri üzrə qurumları, vətəndaş cəmiyyəti təşkilatları və QHT nümayəndələri iştirak edirlər.
Sessiya çərçivəsində ümumi müzakirələr, nazirlərin dəyirmi masası və bir sıra beynəlxalq yan tədbirlər keçiriləcək. Proqram çərçivəsində Türk Dövlətləri Təşkilatı adından birgə bəyanat səsləndiriləcək, Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edəcək.
Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin təşkil etdiyi "Könül birliyindən güc birliyinə: Türk dünyasında sahibkarlıq ekosistemi", Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin "Ədalətin gələcəyi: qadınların ədalətə çıxışı üçün texnoloji yollar", Serbiyanın "Qadınların əhəmiyyətli rolu: gücləndirilmə üçün ittifaqlar", həmçinin İƏT üzv dövlətlərində qadın liderliyi və bərabərliyin təşviqinə həsr olunmuş tədbirlər keçiriləcək.
Sessiya çərçivəsində Azərbaycan tərəfindən də "AQEM dövlətlərində (Asiya–Avropa) qadınların səlahiyyətlərinin artırılması" mövzusunda xüsusi yan tədbirin təşkili planlaşdırılır.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
-
Bakıya gəlmək istəyən erməni tankları













