Bakı və Astana Orta Dəhlizin inkişafına dair saziş imzalamağa hazırlaşır
Azərbaycan və Qazaxıstan tezliklə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalamağı planlaşdırır.
Bu barədə "Far.Az"un Qazaxıstan bürosu ölkənin Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tərəflər artıq saziş layihəsinin hazırlanmasını başa çatdırıblar. Onun imzalanmasında məqsəd TBNM-in institusional statusunun artırılmasıdır.
Nazirlikdə yüklərin Xəzər dənizi vasitəsilə və daha sonra Türkiyə və Avropa bazarları istiqamətində tranzitini təmin edən Azərbaycanın bu marşrutun əsas həlqəsi kimi rolu xüsusi vurğulanıb.
Qeyd olunur ki, ticarət donanmasının inkişafı çərçivəsində "Baku Shipyard" gəmiqayırma zavoduna iki konteyner gəmisinin inşası üçün sifariş verilib və onların tamamlanması 2027-ci ilə planlaşdırılıb. Həmin dövrdə Xəzər istiqamətində fəaliyyət göstərəcək daha 6 universal quru yük gəmisinin tədarükü gözlənilir.
Nazirlikdə əlavə ediblər ki, iştirakçı ölkələr TBNM-in ötürmə qabiliyyətinin və beynəlxalq yükgöndərənlər üçün cəlbediciliyinin artırılması istiqamətində birgə işi davam etdirəcəklər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb













