BƏƏ vətəndaşlarına İran, İraq və Livana səyahətləri qadağan edib
Far.Az xəbər saytı

BƏƏ vətəndaşlarına İran, İraq və Livana səyahətləri qadağan edib


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlarına İran, İraq və Livana səyahətləri qadağan edib.

"Far.Az"un məlumatına görə, müvafiq açıqlama BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.

"Regionda baş verən son hadisələr fonunda BƏƏ Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İran, İraq və Livana bütün səyahətlərin qadağan olunduğunu elan edir. Hazırda bu ölkələrdə olan bütün BƏƏ vətəndaşlarına mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur", - nazirliyin press-relizində deyilir.

BƏƏ Xarici İşlər Nazirliyi qərarın səbəblərini açıqlamayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər