Bakıda mühüm görüş: Avropa İttifaqı Azərbaycanla həmrəylik nümayiş etdirir
Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək görüş keçirilib. Görüşdən sonra hər iki lider mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Bu barədə Baku TV videomaterial hazırlayıb.
Prezident İlham Əliyev bəyanatında bildirib ki, hazırda Avropa İttifaqı ilə Azərbaycan əməkdaşlığın fəal mərhələsini yaşayır. Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu vurğulayaraq qeyd edib ki, ölkəmiz Aİ-yə daxil olan 10 dövləti, ümumilikdə isə Avropanın 16 ölkəsini təbii qazla təmin edir. Prezident əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ölkələrinə boru kəməri vasitəsilə qaz ixrac edən ilk ölkədir.
Dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərinə də toxunaraq sülh şəraitinin bölgədə ticarət və investisiya imkanlarının genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Antoniu Koşta öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Bakıda olmaqdan məmnunluğunu ifadə edib. Aİ Şurasının Prezidenti Naxçıvan Muxtar Respublikasının hava limanına İran tərəfindən endirilən zərbələrə də münasibət bildirib. O, mülki əhaliyə qarşı bu cür hərəkətlərin yolverilməz olduğunu vurğulayaraq, Avropa İttifaqı ölkələrinin Azərbaycan xalqı ilə həmrəy olduğunu qeyd edib.
Qeyd edək ki, bu, Antoniu Koştanın Avropa İttifaqı Şurasının Prezidenti qismində Azərbaycana ilk rəsmi səfəridir.
Oxşar xəbərlər
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB













