Bu gün Xalq şairi Cabir Novruzun doğum günüdür
Bu gün Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq şairi Cabir Novruzun doğum günüdür.
Cabir Mirzəbəy oğlu Novruzov 1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində anadan olub. İlk təhsilini M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda alıb. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.
Əmək fəaliyyətinə 1958-ci ildə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlayan Cabir Novruz sonrakı illərdə "Azərbaycan" ədəbi-bədii jurnalında və "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktor vəzifələrində çalışıb. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi kimi fəaliyyət göstərib.
Cabir Novruz yaradıcılığında vətənpərvərlik və mübarizlik ideyaları xüsusi yer tutub. Onun şeirlərində azərbaycançılıq mövzusu əsas istiqamətlərdən biri kimi diqqət çəkib. Şairin ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, o, "Əməkdar incəsənət xadimi" və "Xalq şairi" fəxri adlarına, həmçinin müxtəlif orden və medallara layiq görülüb.
Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.
Görkəmli şair 2002-ci il dekabrın 12-də, 70 yaşında vəfat edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bu gün Cabir Novruzun doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub













