Aqşin Bəbirova cinayət işi açıldı
2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olunub.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir, o, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi üzrə təqsirli bilinib.
Belə ki, Aqşin Bəbirov Sabunçu rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi "KİA Pride" markalı avtomobillə hərəkətdə olarkən digər hərəkət iştirakçısı ilə mübahisə yaşayıb. Mübahisə zamanı A.Bəbirov "Mercedes" markalı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığını bildirib.
Təfərlərin mübahisəsinin davamında Aqşin Bəbirov sürücüyə dəmir parçası ilə zərbə endirib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
Qeyd edək ki, qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Aqşin Bəbirovun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.
Xatırladaq ki, Aqşin Bəbirov Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, 2023-cü ilin dekabrında Hüseyn Axundovla birlikdə əsirlikdən xilas edilmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB
-
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib













