Şarl Mişel: Bakı və İrəvanın sülh təşəbbüsləri regiona müsbət təsir göstərir
Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi, tərəflərin bu istiqamətdə atdığı addımlar artıq bütün regiona müsbət təsir göstərir.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sabiq rəhbəri Şarl Mişel Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərliyi sülh gündəliyinin irəliləməsində vacib rol oynayır. Ş.Mişel vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu istiqamətdə göstərdiyi səylər ona yaxşı məlumdur.
O qeyd edib ki, Bakı və İrəvan arasında sülhün möhkəmləndirilməsi regionun nəqliyyat və kommunikasiya əlaqələrini yaxşılaşdırmağa imkan verəcək, həmçinin iqtisadi layihələrin inkişafı və investisiyaların artması üçün şərait yaradacaq.
"Bu, xüsusilə vacibdir, çünki Cənubi Qafqaz və Mərkəzi Asiya coğrafi baxımdan dünyanın müxtəlif hissələri arasında bir körpü rolunu oynayır", - Şarl Mişel deyib.
Onun sözlərinə görə, sülhün əldə olunması və bundan irəli gələn bütün üstünlüklər hər iki ölkə sakinlərinə fayda verəcək. O, həmçinin prosesin ikitərəfli danışıqlar və birbaşa təmaslar vasitəsilə başlamasını müsbət qiymətləndirib.
"Çox yaxşıdır ki, hər iki ölkə davamlı razılaşmaya nail olmaq yollarını müəyyənləşdirmək üçün prosesə ikitərəfli danışıqlar və birbaşa təmaslar vasitəsilə başlaya bilib", - o qeyd edib.
Yekun olaraq Ş.Mişel sülh sazişinin reallaşacağına, Azərbaycan və Ermənistan arasında nizamlanma prosesinin isə qəti şəkildə möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Şarl Mişel 2021-2023-cü illərdə Avropa İttifaqı Şurasının prezidenti olduğu dövrdə "Brüssel formatı" çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh prosesinin fəal iştirakçısı olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"













