Aida Kərimova: "Özümü daha çox azərbaycanlı kimi hiss edirəm"
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatının qalibi olan ukraynalı Aida Kərimova özünü daha çox azərbaycanlı kimi qəbul edir.
Bu barədə idmançı "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.
O, güləşə gəlişi və ailəsinin bu idman növünə münasibəti barədə məlumat verib:
"Mən Ukraynada doğulmuşam. Güləşlə 8 yaşımdan məşğul oluram. Məktəbimizə məşqçi gəlib bu idman növünü təklif etdi, mən də sınamaq istədim. Atam güləşlə məşğul olmağıma qarşı idi, lakin mən israr etdim və məşqlərimi davam etdirdim. Hazırda karyeramın zirvəsindəyəm. Pərviz Nəsibovla tanışlığımız var, o, öz nəticələri və məşqləri ilə mənə motivasiya verir, biz ondan örnək alırıq".
"Atam azərbaycanlıdır. Mən də özümü daha çox azərbaycanlı hesab edirəm, nəinki ukraynalı. Sevinirəm ki, azərbaycanlılar da məni dəstəkləyir Avropa çempionu olduğuma görə onlardan xoş sözlər eşitdiyim üçün çox şadam", - o vurğulayıb.
A.Kərimova Azərbaycan yığmasından gələn təkliflərə və gələcək planlarına toxunub:
"Azərbaycan millisindən bir neçə dəfə keçid təklifi almışam, lakin hələlik öz yığmamda – Ukrayna komandasında qalıram. Yaxın bir il ərzində keçid etmək planım yoxdur. Avropa çempionatında qızıl medal qazandığım üçün çox xoşbəxtəm. Ukrayna yığmasında mənimlə yanaşı yunan-Roma güləşi üzrə Pərviz Nəsibov və hazırda burada yarışan Ruslan Abdiyev də var".
İdmançı Azərbaycanın qadın güləşçiləri ilə olan dostluq münasibətlərindən də söz açıb:
"Azərbaycan millisi ilə, xüsusən də Günay Qurbanova ilə çox yaxşı münasibətim var. Bizim çox səmimi əlaqələrimiz mövcuddur, yarışlarda hər zaman bir-birimizi dəstəkləyirik və daim təmasda olmağa çalışırıq".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













