Ağstafada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə birgə təlim keçirilib
Far.Az xəbər saytı

Ağstafada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə birgə təlim keçirilib


2026-cı ilin Tədbirlər Planına uyğun olaraq, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə birgə praktiki təlim təşkil olunub.

"Far.Az" xəbər verir ki, təlimdə Daxili İşlər və Fövqaladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və "BP Caspian Sea Exploration ltd" şirkətinin nümayəndələri iştirak ediblər.

Təlimin məqsədi xidməti ərazidəki strateji obyektə qarşı terror-təxribat zamanı və digər fövqəladə vəziyyətlərdə əməliyyat qərargahının qurulması, operativ təhlükəsizlik tədbirlərinin tətbiqi, mümkün risk və qəsdlərin vaxtında müəyyən edilərək qarşısının alınması, habelə təxliyyə ilə bağlı praktiki vərdişlərin formalaşdırılması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, birgə fəaliyyətin təşkili sahəsində təcrübənin inkişafı, koordinasiyanın və nəzarət mexanizminin təkmilləşdirilməsi olub.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər