İrandan daha 28 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Bu gün saat 19:40-dan 22:00-dək İrandan daha 28 nəfər Azərbaycana təxliyə olunub.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, onlardan 14-ü İran, 8-i Bəhreyn, 6-sı isə Sudan vətəndaşıdır.
Həmin şəxslərin təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Bu gün saat 19:30-da İrandan daha 29 nəfər Azərbaycana təxliyə olunub.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, onlardan 4-ü Azərbaycan, 19-u Oman, 3-ü Bəhreyn, 1-i ABŞ, 1-i Kanada, 1-i isə Dominikan vətəndaşıdır.
Həmin şəxslərin təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Bu gün saat 16:00-dan 17:30-dək İrandan Azərbaycana 39 Hindistan vətəndaşı təxliyə olunub.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bu gün saat 15:00-dan 16:00-dək İrandan Azərbaycana 7 Hindistan vətəndaşının təxliyəsi baş tutub.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
İrandan martın 13-də saat 12:00-15:00 aralığında daha 5 nəfərin Azərbaycana təxliyəsi baş tutub.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, həmin şəxslərin 3-ü Azərbaycan, 1-i Çin, 1-i isə Böyük Britaniya vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
İrandan martın 13-ü saat 10:00-12:00 aralığında daha 5 nəfərin Azərbaycana təxliyəsi baş tutub.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Tacikistan və Çinin hərəsinin 2, Rusiyanın 1 vətəndaşının təxliyəsi baş tutub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub - YENİLƏNİB - 3
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Son iki saatda İrandan Azərbaycana 100-dən çox xarici ölkə vətəndaşı təxliyə edilib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
"Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib













