Anaklaudiya Rossbax WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunda olub
Far.Az xəbər saytı

Anaklaudiya Rossbax WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunda olub


BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax 2026-cı il 17–22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) keçiriləcəyi Bakı Olimpiya Stadionunda olub.

"Far.Az" xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial media hesabında paylaşım edilib.

O, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin ofisini də ziyarət edib. Ziyarət zamanı A. Rossbax forumun Bakıda keçirilməsi ilə bağlı cari hazırlıq və təşkilati işlər barədə məlumatlandırılıb.

Qeyd edək ki, Anaklaudiya Rossbax Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfər edib.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
WUF13 ərəfəsində Azərbaycan UN-Habitat ilə saziş imzalayıb - YENİLƏNİB
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər