Goranboyda avtomobil marketin hasarına çırpılıb, ölən və xəsarət alan var
Far.Az xəbər saytı

Goranboyda avtomobil marketin hasarına çırpılıb, ölən və xəsarət alan var


Goranboyda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb. Belə ki, Goranboyunn Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil marketin dəmir hasarına çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Azad kənd sakini, 2006-cı il təvəllüdlü Cavad Əliyev ağır xəsarətlər alıb.

Yaralı Gəncə şəhəri A.Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan qadınların ADLARI
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər