ABŞ-nin Xarq adasına endirdiyi zərbələrlə hərbi anbarlar məhv edilib - YENİLƏNİB
ABŞ Silahlı Qüvvələrinin Xarq adasında endirdiyi zərbələr nəticəsində hərbi anbarlar məhv edilib.
"Far.Az" xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ hərbi mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, zərbələr yeraltı raket bunkerləri, dəniz minaları anbarları və digər hərbi infrastruktura endirilib.
İranın əsas neft ixracı terminallarından birinin yerləşdiyi Xarq adasındakı neft obyektlərinə Amerika Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində hər hansı zərər dəyməyib.
"Far.Az" xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, adanın bombardman edilməsi zamanı azı 15 partlayış səsi eşidilib.
Agentlik iddia edib ki, ABŞ tərəfindən endirilən zərbələr nəticəsində neft infrastrukturunun heç bir obyekti zədələnməyib. Qeyd olunub ki, hücumlara Xarq ərazisindəki müdafiə obyektləri, hərbi dəniz bazası, aerodrom və helikopter anqarı da məruz qalıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Amerika Silahlı Qüvvələri İranın Xarq adasındakı hərbi obyektlərə genişmiqyaslı zərbə endirib. Bombardmanın hədəfləri hərbi obyektlər olub. ABŞ dövlət başçısı qeyd edib ki, adada yerləşən neft infrastrukturunu məhv etməmək barədə qərar qəbul edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
"Fars": ABŞ-nin zərbəsi nəticəsində Xarq adasında neft infrastrukturu zərər görməyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Meşə yanğınlarının tüstüsü hər il təxminən 100 min insanın ölümünə səbəb olub













