Ucarda zəncirvari yol qəzasında avtomobillər yarasız hala düşüb
Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Far.Az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ucar rayon Lək kənd sakini, 30 yaşlı Fərhad Məmməd oğlu Hüseynov "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub.
Digər rayon sakini, 30 yaşlı Fərman Abuzərov isə kömək məqsədilə idarə etdiyi "VAZ 2106" markalı minik avtomobilini yol kənarında saxlayıb. Arxadan gələn Qeys Əmirovun idarə etdiyi "BMW" markalı minik avtomobili isə "VAZ 2106"ya çırpılıb. Zərbənin gücündən "BMW" yoldan çıxaraq aşıb.
Nəticədə hər üç avtomobil yararsız hala düşüb və Sumqayıt şəhər sakini, 46 yaşlı Vüqar İmamqulu oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
TƏBİB: Kürdəmirdə ağır yol qəzasında altı nəfər xəsarət alıb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













