"McDonald"s Azərbaycan" xidmət sahəsində məşğulluğun inkişafına töhfəyə görə mükafata layiq görülüb
Far.Az xəbər saytı

"McDonald"s Azərbaycan" xidmət sahəsində məşğulluğun inkişafına töhfəyə görə mükafata layiq görülüb


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda forum keçirib.

Tədbir çərçivəsində ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə ən iri vergiödəyiciləri qeyd olunublar.

2025-ci ilin nəticələrinə əsasən, ölkənin ən iri vergiödəyicilərindən biri olan "McDonald"s Azərbaycan" "Xidmət sahəsində məşğulluğun inkişafına töhfə" nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafat şirkətin xidmət sektorunda məşğulluğun genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və gənclər üçün ilk iş təcrübəsi imkanlarının formalaşdırılmasına verdiyi töhfəni əks etdirir.

Hazırda "McDonald"s Azərbaycan" ölkə üzrə 3000-dən çox vətəndaşı işlə təmin edir. Azərbaycana investisiya yatıran ilk qlobal brendlərdən biri olan "McDonald"s" artıq 26 ildən çoxdur ki, yerli istehsalın genişlənməsinə töhfə verməklə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

"McDonald"s" Azərbaycan-ın iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən çox yerli podratçı ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq təchizat və logistika, rekrutment, informasiya texnologiyaları və marketinq kimi sahələri əhatə edir və yerli biznesin inkişafına, həmçinin tərəfdaş şirkətlərdə əlavə iş yerlərinin yaradılmasına töhfə verir.

Məşğulluğun inkişafı, yerli tərəfdaşlarla əməkdaşlıq və restoran şəbəkəsinin genişlənməsi "McDonald"s Azərbaycan"-ın fəaliyyətinin mühüm istiqamətləri olaraq qalır və ölkədə əmək bazarının inkişafına, qeyri-neft sektorunun dayanıqlı artımına töhfə verir.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
"McDonald"s Azərbaycan" Yeni Yasamalda restoran açdı
"McDonald"s Azərbaycan" şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər