Qusev: Ukrayna Azərbaycan investisiyalarının cəlbində maraqlıdır
Far.Az xəbər saytı

Qusev: Ukrayna Azərbaycan investisiyalarının cəlbində maraqlıdır


Ukrayna Azərbaycan investisiyalarının cəlb edilməsində maraqlıdır və birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar təklif etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və "Ukraine Invest" arasında Anlaşma Memorandumunun imzalanmasına dair "Facebook" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu razılaşma investisiya əməkdaşlığının dərinləşdirilməsi, işgüzar əlaqələrin inkişafı və Ukrayna ilə Azərbaycan biznesi üçün yeni imkanların yaradılması istiqamətində praktiki addımdır.

"Ukrayna Azərbaycan investisiyalarının cəlb edilməsində maraqlıdır, bərpa və infrastrukturdan tutmuş energetika, logistika, aqrar sektor, sənaye və texnologiyalara qədər birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar təklif etməyə hazırdır", - səfir qeyd edib.

Oxşar xəbərlər

Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Birmarket ticarətçilərlə birgə ölkədə biznesi irəli aparır
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər