Orxan Məmmədov: "WUF13 özəl sektor üçün yeni əməkdaşlıq imkanları yaradır"
Far.Az xəbər saytı

Orxan Məmmədov: "WUF13 özəl sektor üçün yeni əməkdaşlıq imkanları yaradır"


Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) özəl sektor üçün yeni əməkdaşlıq və inkişaf imkanları yaradır.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov WUF13 üzrə özəl sektor üçün təşkil olunmuş məlumatlandırma sessiyasında deyib.

Onun sözlərinə görə, forum çərçivəsində sahibkarlar qlobal miqyasda fəaliyyət göstərən investorlar, şəhərsalma üzrə mütəxəssislər, texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla birbaşa əlaqə qurmaq imkanı əldə edəcəklər: "Müasir dövrdə şəhərlərin inkişafı yalnız dövlət siyasəti ilə məhdudlaşmır. Bu prosesdə innovativ həllər, rəqəmsal texnologiyalar, "yaşıl iqtisadiyyat" və "ağıllı şəhər" infrastrukturu mühüm rol oynayır və bu sahələrdə özəl sektorun iştirakı getdikcə artır. Forum çərçivəsində keçiriləcək müzakirələr, konfranslar və sərgilər sahibkarlar üçün yeni tərəfdaşlıqların qurulmasına, investisiya imkanlarının genişlənməsinə və innovativ layihələrin təqdim olunmasına şərait yaradacaq".

Oxşar xəbərlər

Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər