Qobu və Saray qəsəbələrində yeni təcili tibbi yardım stansiyaları istifadəyə verilib
Qobu və Saray qəsəbələrində yeni təcili tibbi yardım stansiyaları istifadəyə verilib.
Bu barədə "Far.Az"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, mart ayının əvvəlindən Qaradağ Təcili Tibbi Yardım Stansiyasının 1 saylı bölməsinin Qobu filialı fəaliyyətə başlayıb. Qeyd olunan ərazidə əvvəllər təcili tibbi yardım stansiyasının olmaması səbəbindən sakinlər çağırış verərkən operativ tibbi xidmətin göstərilməsi baxımından müəyyən çətinliklərlə üzləşirdilər. Filialın istifadəyə verilməsi ilə Qobu qəsəbəsi ilə yanaşı, ətraf ərazilərdə yaşayan vətəndaşlara da təcili tibbi yardım xidmətinin əlçatanlığı təmin olunub.
Üç otaqdan ibarət olan filialda 1 tibbi briqada fəaliyyət göstərir. Bölməyə 1 ədəd yeni təcili tibbi yardım avtomobili təhkim olunub.
Eyni zamanda Sumqayıt şəhərinin Saray qəsəbəsi ərazisində də yeni təcili tibbi yardım filialı fəaliyyətə başlayıb. Filialda 7/24 saat olmaqla növbəli rejimdə fəaliyyət göstərən 1 briqada xidmət aparır. İki otaqdan ibarət olan filial 1 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.
Yeni filial Saray qəsəbəsi ilə yanaşı, Ceyranbatan qəsəbəsi sakinlərinə də xidmət göstərəcək. Sözügedən filial Saray Ailə Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, bununla da Qaradağ rayonu və Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən təcili tibbi yardım stansiyalarının sayı 6-ya çatıb.
Yeni stansiya və filialların fəaliyyətə başlaması həmin ərazilərdə yaşayan vətəndaşların təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, çağırışlara daha qısa müddətdə çatmağa şərait yaradacaq və tibbi yardımın vaxtında, keyfiyyətli şəkildə göstərilməsinə töhfə verəcək.
Qeyd edək ki, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi də hazırlanıb.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək













