UEFA-nın "HatTrick" proqramı çərçivəsində Lənkəranda futzal turniri keçirilib
UEFA-nın "HatTrick" proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən "Məktəblərdə Futbol Dərsi" layihəsinin cənub regionu üzrə futzal turniri keçirilib.
"Report" AFFA-ya istinadən xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan turnirdə ümumilikdə 10 məktəbin komandası iştirak edib.
Lənkəran şəhəri Sütəmurdov kənd tam orta məktəbin idman zalında keçirilən yarışda 100-dən çox şagird (qız və oğlan) mübarizə aparıb.
Turnirin final görüşündə 4 saylı tam orta məktəbin komandasını üstələyən ev sahibi komanda – Sütəmurdov kənd tam orta məktəbinin kollektivi yarışın qalibi olub. 4 saylı tam orta məktəbin komandası ikinci, Hirkan kənd tam orta məktəbinin kollektivi isə üçüncü yeri tutub.
Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib. AFFA tərəfindən qalib komandaya kubok, ilk üç yeri tutan kollektivlərə isə hədiyyələr təqdim olunub. Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular müxtəlif fərdi nominasiyalar üzrə mükafatlarla təltif ediliblər. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib.
Qeyd edək ki, "Məktəblərdə Futbol Dərsi" layihəsinin təşkilində əsas məqsəd məktəblilərin idmana, xüsusilə futbola marağını artırmaq, sağlam həyat tərzinin təşviqinə töhfə vermək, şagirdlərin fiziki aktivliyini yüksəltmək, futbol vasitəsilə komanda işi, dostluq və "fair-play" kimi dəyərlərin aşılanmasına şərait yaratmaqdır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













