Bakıda gənc şairlərin iştirakı ilə Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi gecə keçirilib
Bakıda görkəmli Azərbaycan şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi-musiqili gecə təşkil edilib.
"Report" xəbər verir ki, tədbir Səməd Vurğunun Ev-muzeyində "Gənc Şairlər" ədəbi layihəsi tərəfindən təşkil olunub.
Muzeyin direktoru Vurğun Vəkilov qonaqları Novruz bayramı münasibətilə təbrik edib və şairin yubileyinin genişmiqyaslı şəkildə qeyd olunmasını diqqətə çatdırıb.
Daha sonra söz "Gənc Şairlər" layihəsinin rəhbəri Lalə Həsənovaya verilib. O vurğulayıb ki, iştirakçılar dörd dildə - Azərbaycan, rus, ingilis və fransız dillərində proqram hazırlayıb, Səməd Vurğunun əsərlərini müxtəlif interpretasiyalarda təqdim ediblər: "Biz şairin yaradıcılığını çoxdilli formatda göstərməyə və onun universallığını ifadə etməyə çalışdıq".
L.Həsənova muzey rəhbərliyinə layihəyə dəstəyə görə təşəkkürünü ifadə edib.
Gecə çərçivəsində layihənin gənc iştirakçıları çıxış edərək ədəbi və bədii nömrələr təqdim ediblər.
Proqramın musiqi hissəsini Tofiq Quliyevin "Gölün sahilində" əsəri ilə İradə Hasilovanın və Arif Məlikovun "Prelüdiya"sını ifa edən İmran Şıxiyevin çıxışları bəzəyib.
Gecənin sonunda iştirakçılar təşəkkür sertifikatları ilə, layihənin rəhbəri Lalə Həsənova isə təşəkkürnamə təltif olunub.
Oxşar xəbərlər
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb
-
Qazaxda açıq ərazidə yanğın baş verib
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat













