Prezident MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolunu təsdiqləyib
Prezident İlham Əliyevin fərmanı ilə "Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol"u təsdiqlənib.
Far.Az President.az-a istinadən xəbər verir ki, Fərmana əsasən, 2024-cü il oktyabrın 8-də Moskva şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərtlə imzalanmış "Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol" təsdiq edilib.
Bu Fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İrançılıq düşüncəsinin paradoksları
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır













