Şuşada Novruz şənlikləri təşkil edilib
Azərbaycan xalqının tarixində, mədəniyyətində, adət-ənənələrində özünəməxsus yeri olan Novruz bayramı 19 mart tarixində Şuşa şəhərində yüksək təntənə ilə qeyd edilib.
"Far.Az"un Qarabağ bürosu xəbər verir ki, "Şuşa Baharı" adlı bayram tədbiri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə təşkil olunub.
Bayram tədbirlərində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar iştirak ediblər.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilən tədbirdə şagirdlərin hazırladıqları maraqlı kompozisiyalar, şeirlər, musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.
"Güllü bağ"da bayram yarmarkasında Şuşa sakinləri tərəfindən təamlar, Novruz şirniyyatları, əl işləri təqdim edilib.
"Şuşa Baharı" adlı konsert proqramında istedadlı Şuşa sakinlərinin, məktəblilərin ifasında mahnı və rəqslər nümayiş olunub.
Respublikanın Xalq artisti Nazpəri Dostəliyeva, müğənnilər Azad Şabanov və Namiq Qasımovun ifaları böyük rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













