PİSA yaradıcısı: İqlim dəyişikliyi təhsilin dayanıqlı konsepsiyasına təsir edir
Far.Az xəbər saytı

PİSA yaradıcısı: İqlim dəyişikliyi təhsilin dayanıqlı konsepsiyasına təsir edir


İqlim dəyişikliyi təhsilin dayanıqlı konsepsiyasına təsir edir.

"Far.Az" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru, Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramının (PISA) yaradıcısı Andreas Şleyxer "Təhsildə yeni çağırışlar" adlı V beynəlxalq forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəziləri bunu texnologiya və təhsil arasında yarış hesab edir.

"Texnologiya insanların bacarıq və vərdişlərindən öndə gedir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bacarıqlı kadrlar tapmaqda çətinlik çəkilir. Dayanıqlı inkişaf üçün təhsilin olması önəmlidir. Gənclər gələcəyin qayğısına qala bilirmi? Müqavimət və tarazlılıq bu məsələdə vacibdir.

"Əvvəllər mövcud olmayan işləri bundan sonra görə biləcəyikmi? Bu barədə emosional zəka önəmlidir. Gənclərin qayğısına qalmalıyıq ki, ətraf mühitin qorunması üçün maraq göstərsinlər. Davranış müxtəlif formalarda bizə faydalı ola bilər. Təhsil bu baxımdan gənclər üçün müəyyən məlumatlılıq üçün yaxşı imkandır. Biliklərdən düzgün istifadə etmək lazımdır. Burada da təhsil ən güclü vasitədir", - Andreas Şleyxer vurğulayıb.

O qeyd edib ki, planetin yaxşı gələcəyi üçün ən yaxşı sərmayə təhsildir: "Məktəbdə öyrənilənlərin heç də hamısı, təəssüf ki, şagirdlərin davranışlarına təsir etmir. PİSA beynəlxalq qiymətləndirmələrin nəticələri də bunu deməyə əsas verir. Gənclər iqlim dəyişikliyinin problemlərini təkcə başa düşməklə kifayətlənməməlidirlər. Güclü öyrənmə strategiyaları mənimsənilməlidir. Onlar passiv sərnişin misalından sükan arxasına keçə biləcək şəxslərə çevrilməlidir. Başa düşməlidirlər ki, onlar fərq yarada bilərlər. Yeni iş yerləri yaratmağı bacarmalıyıq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Nazir: "İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin qorunması prioritetdir"
BMT-də COP29 prezidentliyinin ev sahibliyi ilə "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsü müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər