Azərbaycan millisinin baş məşqçisi: "Emin Mahmudov keyfiyyətli futbolçudur"
Emin Mahmudov keyfiyyətli futbolçudur.
"Far.Az" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək Estoniya və Slovakiya ilə oyunlardan öncə mətbuat konfransında bildirib.
O millinin kapitanı Emin Mahmudovla bağlı sualı cavablandırıb:
"O, oyunda elə qərarlar verə bilər ki bunu hər futbolçu bacarmır. Heç kim fikirləşməsin ki, həmişə oynayacaq. Bu qərarları baş məşqçi verir. Futbolçular dərk etməlidirlər ki, milliyə xidmət edirlər. Yığmaya çağırılmaq o demək deyil ki, 100 faiz oynayacaq. Müəyyən futbolçular var ki, daha çox oynayırlar. Bu, bütün yığmalarda belədir. Köməkçilərimlə birlikdə Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Hər bir futbolçu diqqətdədir. Kimsə kiminsə dostudur deyə milliyə dəvət etmirik".
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - YENİLƏNİB - 5
Fernandu Santuş: Bizim üçün əsas olan Azərbaycan bayrağı üçün oynamaqdır
Fernandu Santuş: Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur
Millətlər Liqası: Slovakiya - Azərbaycan matçında ilk hissə yekunlaşıb - YENİLƏNİB - 3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"
-
Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatının mükafatçıları olublar













