Fernandu Santuş: Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur
Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur.
"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis alternativlər oıduğunu deyib:
"Avrokubok oyunlarını izlədim. Heyəti bu şəkildə açıqlamaq qərarına gəldim. Xaricdə oynayanlar zədələnsə, onları yerli futbolçular əvəz edəcək. Bütün çempionat oyunlarını izləyirik. "Turan Tovuz"dan iki oyunçu dəvət etmişik. Bu, onların lider olması ilə əlaqədar deyil. 4 komandadan futbolçu cəlb olunmayıb. Lakin heç kim deyə bilməz ki, gələcəkdə onlardan heç kim dəvət almayacaq".
O, iddialı komanda formalaşdırmaq istədiyini vurğulayıb:
"Elə komanda yaratmaq istəyirik ki futbolçular inamlı və iddialı olsunlar. İndiki məqamda rəqibləri yaxşı təhlil etmişik. Rəqib oyunçular haqqında ətraflı bilgiyə malikik. Əlimdəki futbolçuları klublardakı performanslarına görə çağırmışam.
Qeyd edək ki, yığma Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Fernandu Santuş: Bizim üçün əsas olan Azərbaycan bayrağı üçün oynamaqdır
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Portuqaliyalı mütəxəssis: Millidə yerli məşqçi mütləq olacaq
Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatının mükafatçıları olublar
-
Yaz mövsümündə avtomobillərdə ən çox rast gəlinən nasazlıqlar açıqlanıb













