Qətərdə helikopter qəzasında 3 türk hərbçi həlak olub
Qətərdə helikopter qəzasında 3 türk hərbçi həlak olub.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlardan biri Türkiyə Silahlı Qüvvələrinin hərbçisi, iki nəfər ASELSAN müdafiə sənayesi şirkətinin əməkdaşıdır.
Nazirlik qeyd edib ki, Türkiyə ilə Qətər arasında hərbi əməkdaşlıq və koordinasiya fəaliyyətləri mövcud müqavilələr və planlar çərçivəsində fasiləsiz davam edir.
***
Qətərin axtarış-xilasetmə xidmətləri ərazi sularında qəzaya uğrayan hərbi helikopterdə olan yeddi nəfərdən altısının meyitini tapıb.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Davam edən axtarış-xilasetmə əməliyyatının bir hissəsi olaraq, göyərtədə olan yeddi nəfərdən altısının meyiti tapılıb", - açıqlamada deyilir.
Qeyd olunur ki, xilasedicilər itkin düşmüş bir nəfərin axtarışını davam etdirirlər.
Daha əvvəl Qətərin Müdafiə Nazirliyi hərbi helikopterin ölkənin ərazi sularında texniki nasazlıq səbəbindən qəzaya uğradığını bildirib.
Oxşar xəbərlər
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Qətərdə helikopter qəzasında 3 türk həlak olub – YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













