Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Far.Az xəbər saytı

Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib.

Azərbaycanın Müdafiə Nazirliyindən "Far.Az"a verilən məlumata görə, başsağlığıda deyilir: "Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SƏRƏNCAM
Qazaxıstanda Zakir Həsənova medal təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər