KİV: İrana zərbələr fonunda ABŞ-də neft-qaz sazişlərinin bağlanması dayandırılıb
Far.Az xəbər saytı

KİV: İrana zərbələr fonunda ABŞ-də neft-qaz sazişlərinin bağlanması dayandırılıb


Yaxın Şərqdəki münaqişə və enerji qiymətlərinin kəskin artımı səbəbindən ABŞ-də neft və qaz sazişlərinin bağlanması dayanıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bazarlarda sabitlik yaranana və xammal qiymətləri normallaşana qədər bu sahədəki danışıqlar ya ləngiyib, ya da tamamilə dayandırılıb.

Nəşrin yazdığına görə, bəzi iri satış prosesləri artıq pauzaya qoyulub, çünki hazırkı şəraitdə aktivlərin dəyərini düzgün müəyyənləşdirmək çətinləşib. Mütəxəssislər bildirirlər ki, bazardakı qeyri-müəyyənlik investorların qərar qəbul etməsini də xeyli çətinləşdirir.

Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə gərginlik davam edərsə, neft bazarında dalğalanma uzun müddət qala bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər