Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Sabah Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq.
Azəriqaz İB Sumqayıt QİS-dən "Far.Az"un yerli bürosuna bildirilib ki, aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq martın 24-də saat 10:00-dan etibarən bir sıra ərazilərdə qazın verilməsi dayandırılacaq.
Məlumata görə, qaz təchizatında yaranacaq fasilə Yaşıldərə və Ceyranbatan qəsəbəsi, Qurd dərəsi, Novxanı, Corat bağları, Corat və Yeni Corat yaşayış massivləri, eləcə də Novruz qəsəbəsini əhatə edəcək.
Bununla yanaşı, Sumqayıt şəhəri üzrə 10, 11, 12, 13 və 17-ci mikrorayonların bir hissəsində, həmçinin 51-ci və 52-ci məhəllələrdə də qazın verilməsi müvəqqəti dayandırılacaq.
Qaz təchizatında fasilə ümumilikdə 40 minə yaxın abonenti əhatə edəcək.
Oxşar xəbərlər
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Alyona Əliyeva Novruz yarmarkasını ziyarət edib
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib
-
Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya...













