BMT-də azərbaycanlı gənc rəssamların işlərindən ibarət sərgi açılıb
Far.Az xəbər saytı

BMT-də azərbaycanlı gənc rəssamların işlərindən ibarət sərgi açılıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında azərbaycanlı gənc rəssamların işlərindən ibarət "Mədəni diplomatiya üçün incəsənət: Azərbaycan Şərqlə Qərbin qovuşduğu məkan" adlı sərginin açılış mərasimi keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, tədbir Beynəlxalq Novruz Günü münasibətilə təşkil olunub.

Mərasimində üzv ölkələrin səfirləri və diplomatları, BMT rəsmiləri, ABŞ-də təhsil alan azərbaycanlı tələbələr, icma üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Novruz bayramının Azərbaycan xalqı və onun mədəni irsi üçün əhəmiyyətini vurğulayıb. O, sərgidə iştirak edən, öz əsərlərində Azərbaycanın mədəniyyətini, incəsənətini və adət-ənənələrini tərənnüm edən gənc rəssamlara təşəkkür edib, onlara uğurlar arzulayıb.

Sonda sərgidə iştirak edən azərbaycanlı rəssamlar - Mehriban Alışova, İntiqam Ağayev, Cəmilə Hacıyeva, Renat Şərifli, Mahmud Mustafayev, Nərgiz Əhmədova, Asma Quşad, Gülar Məmmədova və Səkinə Cəfərliyə sertifikatlar təqdim edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər