İsrail ABŞ-İran danışıqlarında iştirak etmir
İsrail ABŞ Prezidenti Donald Trump tərəfindən başladığı açıqlanan İranla danışıqlar prosesində birbaşa iştirak etmir.
BAKU.WS xəbər verir ki, məlumatı "Semafor" portalı mənbələrə istinadən yayıb.
Bildirilir ki, danışıqlarda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner yer alır. Zərurət yaranarsa, prosesə vitse-prezident Cey Di Vens də cəlb oluna bilər.
Qeyd olunur ki, İsrail tərəfi proseslə bağlı məlumatları ABŞ vasitəsilə əldə edir.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Vaşinqton və Tehran arasında razılaşma əldə olunacağı təqdirdə Hörmüz boğazı dərhal açılacaq. O, tərəflər arasında Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" istiqamətində "çox yaxşı" danışıqlar aparıldığını vurğulayıb. İran isə ABŞ ilə birbaşa təmasın olmadığını iddia edir.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı əməliyyatdan sonra bölgədə gərginlik artıb. İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında toqquşmalar yenidən intensivləşib, İran isə İsrail ərazisinə raket zərbələri endirib. Bundan başqa, Tehran ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib.
Regionda artan gərginlik fonunda bir sıra ölkələr hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xameneinin ABŞ və İsrailin hücumları nəticəsində öldürüldüyü bildirilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













