Müharibənin ən gərgin mərhələsi başlayır: "Böyük hücuma hazırlıq gedir"
Ukraynada müharibə yenidən ən gərgin mərhələlərindən birinə daxil olur.
Gecə saatlarında Rusiyanın həyata keçirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı hücumları ölkənin bir neçə bölgəsində dağıntılara, yanğınlara və insan itkilərinə səbəb olub. Rəsmi Kiyev isə xəbərdarlıq edir ki, bu, daha böyük zərbələrin başlanğıcı ola bilər.
Martın 24-nə keçən gecə Ukraynanın müxtəlif şəhərlərində partlayış səsləri eşidilib. Ən ağır zərbələrdən biri Poltava və Zaporojye şəhərlərinə endirilib. Yaşayış binaları, hotel və sənaye obyektləri hədəfə alınıb.
Far.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Rəsmi məlumatlara görə, hücumlar nəticəsində azı 4 nəfər həyatını itirib, 16 nəfər yaralanıb. Xilasedicilər dağıntılar altında qalan insanları çıxarmaq üçün saatlarla işləyiblər.
Zaporojye şəhərində çoxmərtəbəli binalar alova bürünüb. Poltavada isə raket zərbəsi nəticəsində yaşayış infrastrukturu ciddi zərər görüb.
Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, Rusiyanın buraxdığı 392 pilotsuz aparatın 365-i, 34 raketin isə 25-i məhv edilib. Buna baxmayaraq, hücumların miqyası ölkə üzrə geniş panika yaradıb.
Gecə demək olar ki, bütün Ukraynada hava həyəcanı siqnalları verilib. Hətta Polşa belə hava məkanını qorumaq üçün qırıcılarını havaya qaldırıb.
Ukrayna kəşfiyyatı xəbərdarlıq edir ki, Rusiya cəbhədəki uğurlarını şişirdərək daha böyük hücum planları hazırlayır. Məqsəd isə həm hərbi, həm də psixoloji təzyiqi artırmaqdır.
Bu arada Moskvanın uzaqmənzilli dronlar üçün yeni idarəetmə stansiyaları qurmağa hazırlaşdığı bildirilir. Bu isə hücumların daha koordinasiyalı və dəqiq olacağından xəbər verir.
"Rusiya Ukraynaya qarşı yeni kütləvi hücumlara hazırlaşır və biz bununla bağlı kəşfiyyat məlumatları əldə etmişik. Onlar yalnız cəbhədə deyil, eyni zamanda mülki infrastruktura qarşı da təzyiqi artırmaq niyyətindədirlər. Biz Hava Hücumundan Müdafiə sistemlərimizi gücləndirmişik və bütün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Lakin bu miqyaslı hücumların qarşısını tam almaq üçün beynəlxalq tərəfdaşların dəstəyi həlledici olaraq qalır. Rusiya bu hücumlarla müharibəni uzatmağa və vəziyyəti daha da mürəkkəbləşdirməyə çalışır. Biz isə həm müdafiə olunacaq, həm də cavab verəcəyik", - Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Rəsmi Kiyev bildirir ki, Moskvanın məqsədi Ukraynanı yoraraq təslim etməkdir. Lakin hazırkı vəziyyət göstərir ki, hava hücumları nə qədər intensivləşsə də, Ukrayna müdafiəsini davam etdirir
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib













