Fransada Mişel Barnye hökumətinə etimadsızlıq rəyi irəli sürülüb
Mişel Barnyenin yeni Fransa hökumətinə ilk etimadsızlıq qərarı dünən Fransa Milli Assambleyasında elan edilib və səsvermənin oktyabrın 8-də keçirilməsi gözlənilir.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
“Tərkibi və fəaliyyət baxımından bu hökumətin mövcudluğu son qanunvericilik seçkilərinin nəticələrinin inkarıdır”, - telekanal səsvermənin təşəbbüskarlarının sənədindən sitat gətirib.
BFMTV qeyd edir ki, Fransa parlamentinin aşağı palatasının 192 deputatının imzaladığı solçu “Yeni Xalq Cəbhəsi” (NFP) koalisiyasının bu demarşı Barnyenin Milli Assambleyada hökumət siyasəti ilə bağlı məruzə ilə çıxışından üç gün sonra həyata keçirilib. Kanal təşəbbüsün uğur şanslarının az olduğunu qeyd edir.
İfrat sağçı Milli Birlik Partiyası artıq hökumətə etimadsızlıq məsələsinə səs verməyəcəyini bildirib.
NFP deputatlarının fikrincə, ölkə prezidenti Matinyon Sarayına (Baş nazirin rəsmi iqamətgahı – red.) Milli Assambleyada ən çox yer qazanmış koalisiya olan Yeni Xalq Cəbhəsinin təklif etdiyi siyasi xadimi təyin etməli idi. NFP hökuməti məhz onların nümayəndəsinin təşkil etməli olduğunu düşünür.
Etibarsızlıq səsverməsinin başqa bir səbəbi kimi Barnye hökumətinin siyasi istiqaməti, daha dəqiq desək, icra hakimiyyətinin 2023-cü il pensiya islahatına, eləcə də son 25 ildə ən sərt kimi görünən 2025-ci ilin büdcə layihəsinə yenidən baxmaqdan imtina etməsi göstərilir.
Barnye gələn ilin büdcəsinə 60 milyard avro qənaət etməyi təklif edib ki, bunun da 40 milyardının büdcə xərclərinin azaldılması, digər 20 milyardının isə əlavə vergilər hesabına əldə olunması gözlənilir. Bununla o, bu il büdcə kəsirini ÜDM-in 6,1 %-dən 5%-ə endirəcəyinə ümid edir. Cümə günü Barnye təklifini maliyyə böhranı riski ilə əsaslandırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Fransada böhran qapıda – Makronun Livan saxtakarlığı, cinsi azlıq, erməni siyasəti - ŞƏRH
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













