Arvinder Bahal: Xankəndi və Şuşada aparılan tikinti işlərinin sürəti heyrət doğurur
Qarabağda tikinti işlərinin miqyası və yol infrastrukturunun səviyyəsi regionun çiçəklənməsindən xəbər verir.
Bu barədə "Far.Az"un Şuşaya ezam olunmuş müxbirinə işğaldan azad olunmuş ərazilərə beynəlxalq səyyahlar qrupunun tərkibində səfər edən ABŞ-dən olan hind əsilli səyyah Arvinder Bahal bildirib.
"Mən dünyanın bütün ölkələrində olmuşam və Azərbaycan mənim ən sevdiyim ölkələrdən biridir. Bu sizin ölkənizə dördüncü səfərimdir, lakin Qarabağa ilk gəlişimdir. İşğaldan sonra burada görülən işlər inanılmaz dərəcədə təsirləndiricidir. Azərbaycanlılar burada yaratdıqları ilə haqlı olaraq fəxr edə bilərlər", - o qeyd edib.
Səfər təəssüratlarını bölüşən səyyah Ağdamı xüsusi vurğulayıb:
"Ağdamdakı məscidi ziyarət etmək çox emosional bir an idi. Həm şəhərin bərpası, həm də bütövlükdə onun inkişaf templəri təsirləndiricidir. Xankəndi və Şuşada aparılan tikinti işlərinin sürəti heyrət doğurur".
Bahal əlavə edib ki, bir neçə ildən sonra regiona qayıtmağı planlaşdırır: "Əminəm ki, beş ildən sonra bu diyar daha da çiçəklənəcək. İnşa etdiyiniz bu cür yollar və binalarla regionun gələcəyi, həqiqətən də, çox ümidverici görünür".
Oxşar xəbərlər
Beynəlxalq səyyahlar Şuşadadılar
Beynəlxalq səyyahlar Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Beynəlxalq səyyahlar Ağdam şəhərinə gəliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
"Şamaxinka"dan Biləcəri enən yol bağlanacaq
-
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
-
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb













