CAS Uruqvay millisinin futbolçusunu bağışlayıb
Far.Az xəbər saytı

CAS Uruqvay millisinin futbolçusunu bağışlayıb


İdman Arbitraj Məhkəməsi (CAS) daha əvvəl 5 oyunluq diskvalifikasiya edilən Uruqvay millisinin hücumçusu Darvin Nunyesin cəzasını yüngülləşdirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Kubokunun yarımfinalında Kolumbiya millisi ilə keçirilən matçda azarkeşlərlə dava edən və buna görə 5 oyunluq cəzaya məruz qalan 25 yaşlı futbolçu Uruqvay yığmasının növbəti qarşılaşmalarında iştirak edə biləcək.

O, 2026-cı il dünya çempionatının seçmə mərhələsində qarşılaşacaqları Peri və Ekvador yığması ilə oyunlarda komandasına kömək edəcək.

Cəzaya görə Nunyes ölkəsinin Paraqvay və Venesuela ilə oyunlarını buraxmaq məcburiyyətində qalmışdı.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ
Rivaldo Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsindəki oyununu tənqid edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər