Azərbaycanın Türkiyədən mədən sənayesi məhsulları idxalına çəkdiyi xərci 19 %-ə yaxın azalıb
Far.Az xəbər saytı

Azərbaycanın Türkiyədən mədən sənayesi məhsulları idxalına çəkdiyi xərci 19 %-ə yaxın azalıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 1,461 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.

"Far.Az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,7 % azdır.

Təkcə fevralda Türkiyə Azərbaycana 0,716 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,2 % çoxdur.

İki ayda Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 13,7 % artaraq 995 milyon ABŞ dollarına, fevralda isə 13,8 % artaraq 475 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Çin 284,663 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 36,6 % çox), ABŞ 77 milyon ABŞ dolları (-7,5 %) və Bolqarıstan 74 milyon ABŞ dolları (-13,9 %) dəyərində həyata keçirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər