Azərbaycanla Özbəkistan arasında birgə komanda-qərargah təlimi başa çatıb
Far.Az xəbər saytı

Azərbaycanla Özbəkistan arasında birgə komanda-qərargah təlimi başa çatıb


Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycanla Özbəkistan arasında keçirilən "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib.

“Far.Az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Çıxışçılar təliminin əsas məqsədinin müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirmək olduğunu bildiriblər.

Ümumilikdə təlimin gedişatı, iştirakçıların müasir kompüter texnologiyalarından istifadə və qərar qəbuletmə bacarıqları müsbət qiymətləndirilib.

Qeyd olunub ki, qarşıya qoyulan bütün tapşırıqların icrasında hər iki ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonra iştirakçılara sertifikatlar təqdim edilib, təlimdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Mərasim Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan-Özbəkistan kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər