Sülh Şurası Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq altı aylıq plan təqdim edəcək
ABŞ Prezidenti Donald Trampın yanında fəaliyyət göstərən Sülh Şurası Qəzza zolağının bərpası üçün 2,45 milyard dollar dəyərində altı aylıq plan təqdim edəcək.
"Report" "Axios"a istinadən xəbər verir ki, sənəd müvəqqəti sığınacaq, dağıntıların təmizlənməsi, xəstəxanaların bərpası, iqtisadiyyatın inkişafı və çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi xərclərini nəzərdə tutur.
"Bu plan sıfırdan hökumətin necə qurulacağını, dağıntılar içində iqtisadiyyatın necə bərpa ediləcəyini və fəlakətdən sonra ərazinin necə yenidən qurulacağını göstərir", - Sülh Şurasının nümayəndəsi bildirib.
Şura hesab edir ki, oktyabrın 27-də İsraildə keçiriləcək seçkilərdən və ölkənin yeni hökumətinin formalaşmasından sonra Qəzzanın bərpası prosesi başlaya biləcək.
Təklif infrastruktura təxminən 1 milyard dolların və təhlükəsizliklə bağlı layihələrə, o cümlədən Beynəlxalq Sabitləşdirmə Qüvvələri üçün bazalara və Fələstin polisinin maaşlarına, habelə HƏMAS-ın tərksilah edilməsi prosesi çərçivəsində silahların geri alınması üçün vəsaitlərə daha 885 milyon dolların ayrılmasını nəzərdə tutur.
Plana əsasən, Qəzza zolağındakı fiziki zərər 35,2 milyard dollar olaraq qiymətləndirilir, növbəti onillik ərzində ərazinin tam bərpası və yenidən qurulması üçün isə təxminən 71,4 milyard dollar tələb olunacaq.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda xəstəxanaların qarşısında yeni minib-düşmə zolaqları yaradıldı
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb













