Qismət Alıyev: "Syerra Leone ilə oyun bizim üçün önəmlidir"
Far.Az xəbər saytı

Qismət Alıyev: "Syerra Leone ilə oyun bizim üçün önəmlidir"


Sabahkı matç futbol üzrə Azərbaycan millisi üçün önəmli olacaq.

"Far.Az"un məlumatına görə, bu barədə komandanın futbolçusu Qismət Alıyev mətbuat konfransında bildirib.

Cinah müdafiəçisi "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

"Sabah millimiz üçün daha bir önəmli matç olacaq. Bizim üçün belə oyunların olması UEFA Millətlər Liqası üçün daha vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək".

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
"FIFA Series – 2026": Azərbaycan millisi Sent Lüsiyanı böyük hesabla məğlub edib – YENİLƏNİB-6
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Qismət Alıyev: "Syerra-Leone ilə oyun bizim üçün önəmlidir"
"FIFA Series – 2026": Azərbaycan millisi son oyundan əvvəl məşqə çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər