Şirvanda evdə partlayış - Ağır yaralı var
Far.Az xəbər saytı

Şirvanda evdə partlayış - Ağır yaralı var


Gecə saatlarında Şirvan şəhərində mənzildə partlayış baş verib.

Far.Az xəbər verir ki, hadisə şəhərin Elşad Əzimov küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb.

Partlayış zamanı Şirvan sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı müxtəlif dərəcəli termik yanıq xəsarətləri və yanıq şoku diaqnozu ilə ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Daha sonra vəziyyəti ağır olduğu üçün paytaxtdakı Yanıq Mərkəzinə təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla müşaiyət olunmayan partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb və 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Şirvanda yaşayış evində partlayış olub, 47 yaşlı qadın xəsarət alıb
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər