Şirvanda yaşayış evində partlayış olub, 47 yaşlı qadın xəsarət alıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla müşaiyət olunmayan partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən "Far.Az"a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb, 1 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
"Far.Az"un Aran bürosunun məlumatına görə, xəsarət alan şəxs Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızıdır. Hadisə o, mətbəxdə qaz plitəsini yandırarkən baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan A.Mehrəliyeva Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun Bakıdakı xəstəxanalardan birinə təxliyə edilməsi gözlənilir.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
SOCAR-ın borc öhdəlikləri açıqlanıb
-
Sabahdan böyük DƏYİŞİKLİK! 6 Ekspres avtobus xətti işə düşür - Haradan-haraya
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













