Acarıstan MR Ali Şurasının sədri vəzifəsindən istefa verib
Far.Az xəbər saytı

Acarıstan MR Ali Şurasının sədri vəzifəsindən istefa verib


Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Şurasının rəhbəri David Qabaidze martın 30-da vəzifəsindən istefa verib.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə D.Qabaidze özü bu gün keçirdiyi brifinqdə açıqlama verib. İstefanın dəqiq səbəbləri barədə məlumat verilməyib.

Məlumata görə, Ali Şuranın yeni rəhbəri hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının üzvü Tsotne Ananidze olacaq.

Qeyd edək ki, David Qabaidze bu vəzifəni 2016-cı ildən tuturdu.

Oxşar xəbərlər

İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər