Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub
Ölkəmizdə səfərdə olan Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin rəhbəri Mixail İvankovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində 5 saylı Bakı DOST Mərkəzində olub.
Bu barədə Far.Az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaqlar Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov onlara DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipləri barədə məlumat verib.
Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyi və artıq 7 DOST Mərkəzinin, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsinin, Şuşada Qarabağ Regional DOST Mərkəzinin filialının açıldığı bildirilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları diqqətə çatdırılıb. Ötən dövrdə DOST mərkəzlərində 2,8 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,2 faiz olduğu qeyd edilib.
Nümayəndə heyəti ilə görüşdə DOST konsepsiyası, sosial sahədə rəqəmsallaşdırma proqramının nailiyyətləri, əmək və məşğulluq sahələrində aparılan islahatlar və innovativ yeniliklər barədə təqdimatlar edilib.
Oxşar xəbərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB-1
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













