Qərbi Azərbaycan Xronikası: Ermənilər Boz Kaha və Bozkosa kəndlərini xarabalığa çevirib
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Bozyoxuş necə Musaelyan oldu?" adlı süjet hazırlanıb.
"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bozyoxuş, Boz Kaha, Bozkosa toponimi və oronimi haqqında söz açılır.
Bildirilir ki, azərbaycanlıların tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərə ermənilərin köçürülərək məskunlaşdırılması danılmaz faktdır: "Məhz bu süni yerləşmədən sonra hayların saxtalaşdırma əməliyyatlarına başlaması indiki Ermənistanın və havadarlarının tarix boyu siyasi mənafeləri ilə bağlı olub".
Bozyoxuş - Ağbaba mahalının Qızılqoç, sonralar Qukasyan adlandırılan rayonda kənd, aşırım və dağ adıdır. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olan kəndin adı 1946-cı ildə dəyişdirilib Musaelyan qoyulub.
Boz Kaha - Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub. Rayondakı Qarnidzor kəndindən 3 kilometr şimal-şərqdə yerləşib və xarabalığa çevrilib.
Bozkosa - Qırxbulaq mahalının Ellər, sonralar Kotayk və Abovyan adlandırılan rayonda kənd olub. Kənddə 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunub və kənd xarabalığa çevrilib.
Daha ətraflı linkdə:
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Boğutlu, Bozabdal, Bozavdal yaylası - Türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası: erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayburd, Bəydağ toponimləri
Qərbi Azərbaycan Xronikası: Ermənilərin addəyişmə terroruna məruz qalan toponimlər
Qərbi Azərbaycan Xronikası: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan toponimlər
Qərbi Azərbaycan Xronikası: Zəngəzur mahalının ən qədim kəndi – Ağvan
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
-
Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub













