"Çelsi" Entso Fernandesi intizam pozuntusuna görə iki oyunluq heyətdən kənarlaşdırıb
"Çelsi"nin baş məşqçisi Liam Rosenyor argentinalı yarımmüdafiəçi Entso Fernandesin intizam qaydalarını pozduğuna görə növbəti iki oyun üçün heyətdən kənarlaşdırıldığını açıqlayıb.
"Report"un "Football London"a istinadən məlumatına görə, buna futbolçunun İspaniyanın "Real" komandasına mümkün keçidi ilə bağlı verdiyi açıqlamalar səbəb olub.
Baş məşqçi 25 yaşlı futbolçunun klubun qərarına əsasən, sabah İngiltərə Kubokunun 1/4 finalında "Port Veyl"lə, aprelin 12-də isə Premyer Liqada "Mançester Siti"yə qarşı keçiriləcək oyunları buraxacağını bildirib. O, həmçinin Fernandesin klub mədəniyyətini və formalaşdırmaq istədikləri sistemi müəyyən edən sərhədi keçdiyini söyləyib.
Qeyd edək ki, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olan Entso Fernandes cari mövsümdə "zadəganlar"ın heyətində keçirdiyi 46 matçda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. O, 2023-cü ilin yanvarından London klubunda çıxış edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib













