Putin və Ərdoğan Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıb.
"Far.Az" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər.
"Fars körfəzi zonasında davam edən hərbi-siyasi qarşıdurmanın artması ilə əlaqədar dərin fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, intensiv döyüş əməliyyatları təkcə regional deyil, həm də qlobal miqyasda, o cümlədən energetika, ticarət və logistika sahələrində ciddi mənfi nəticələrə gətirib çıxarır", - Kremldə bildiriblər.
Qeyd olunub ki, hər iki dövlət başçısı tez bir zamanda atəşkəsin elan edilməsi və regionun bütün dövlətlərinin qanuni maraqlarını nəzərə alacaq güzəştli sülh razılaşmalarının hazırlanmasının zəruriliyi ilə bağlı eyni mövqedən çıxış edir.
Kremldə bildiriblər ki, Putin Rusiya-Ukrayna münaqişəsi çərçivəsində danışıqlar prosesinə töhfə verməyə daim hazır olduğuna görə Ərdoğana minnətdarlığını ifadə edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub













