Ordubadda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Far.Az xəbər saytı

Ordubadda avtomobil aşıb, ölən və xəsarət alanlar var


Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

"Far.Az"un yerli bürosu xəbər verir ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalıyev Hüseynalı həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzaya düşən hər üç şəxs Vətən müharibəsi iştirakçısıdır.

Qeyd edək ki, xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər