"Zirə" Azərbaycan Kubokunda 25-ci qələbəsini qazanıb
Far.Az xəbər saytı

"Zirə" Azərbaycan Kubokunda 25-ci qələbəsini qazanıb


Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu "Zirə" üçün əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gələn Bakı klubu turnirdə 25-ci qələbəsini qazanıb.

Paytaxt təmsilçisi kubokdakı 43-cü qarşılaşmada "25"ə çatıb. "Zirə" keçirdiyi matçların 58,14 faizində qalib gəlib. Evdə 13 dəfə qələbə qazanan komanda səfərdə 12-ci dəfə sevinib. Bununla da "Zirə" Azərbaycan kubokunun tarixində 25 və daha çox görüşdə qalib gələn 9-cu komanda olub.

Qeyd edək ki, "qartallar" kubokda ilk qələbəsini 2015/2016 mövsümünün 1/8 finalında - 2015-ci il dekabrın 2-də AZAL-a qarşı səfər görüşündə əldə edib – 2:1.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda üçüncü yarış günü başa çatıb
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər