Azərbaycanın çimərlik futbolu millisi Moldova və "Alanyaspor"la yoldaşlıq oyunları keçirəcək
Azərbaycanın çimərlik futbolu millisi Moldova yığması və "Alanyaspor"la yoldaşlıq oyunları keçirəcək.
Bunu "Far.Az"a açıqlamasında komandanın baş məşqçisi Sahib Məmmədov deyib.
O, komandanın təlim-məşq toplanışının detallarını açıqlayıb:
"Toplanış bu gün başlayır və aprelin 13-nə qədər davam edəcək. Planda Moldova millisi ilə üç yoldaşlıq oyunu keçirmək var. Bu qarşılaşmalar aprelin 5-i, 7-si və 8-də baş tutacaq. Daha sonra ayın 10-u və 11-də Türkiyənin "Alanyaspor" klubu ilə iki yoldaşlıq görüşü olacaq. Səfərin əsas məqsədi məhz bu oyunlarda qüvvəmizi sınamaqdır".
S.Məmmədov qeyd edib ki, əsas hədəf iyulda Gürcüstanda keçiriləcək mötəbər turnirdir:
"İyulda Batumidə keçiriləcək Avropa çempionatına hazırlaşırıq. Hazırda heyətdə 13 futbolçu var. Onlardan 4-ü - İsa Zeynallı, Tural Qürbətov, İsa İsayev və Emil Umarov yenidirlər. Bakıda olduğumuz müddətdə də məşqləri həftədə üç dəfə olmaqla davam etdirirdik. İnanıram ki, bu toplanışdan sonra hazırlıq səviyyəmizi bir az da artıracağıq və Batumidəki turnirə qədər tam hazır vəziyyətə gələcəyik".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının B divizionunda yarışacaq. Turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.
Oxşar xəbərlər
İdmançılarımız Batumidə rinqə çıxacaqlar
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













